EN

Bakı Mühəndislik Universitetində ekoloji maarifləndirici görüş keçirilib

Tələbələrin ekoloji biliklərinin artırılması və davamlı inkişaf prinsiplərinin təşviqi məqsədilə Bakı Mühəndislik Universitetində “Davamlı inkişaf üçün tullantıların düzgün idarə olunması və təkrar emalın rolu” mövzusunda ekoloji maarifləndirici görüş təşkil edilib.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev, “Təmiz Şəhər” ASC-nin mütəxəssisi Elnur Əliyev, universitetin kafedra müdiri Namiq Şıxaliyev və müəllimi Fərman Kərimov çıxış edərək tullantıların idarə olunmasının ətraf mühitin mühafizəsində və təbii resurslardan səmərəli istifadədə rolu, məişət tullantılarının çeşidlənməsi, təkrar emal prosesləri və bu sahədə tətbiq olunan müasir yanaşmalar barədə tələbələrə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində davamlı inkişaf məqsədlərinə nail olunmasında gənclərin fəal iştirakının vacibliyi qeyd olunub, tələbələrə gündəlik həyatda tullantıların düzgün idarə olunması ilə bağlı praktik tövsiyələr verilib.

Eyni zamanda 2026-cı ildə keçiriləcək Ümumdünya Ətraf Mühit Gününə və dünyanın urbanizasiya sahəsində ən nüfuzlu tədbirlərindən biri olan 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) Azərbaycanın ev sahibliyi edəcəyi barədə iştirakçılara məlumat verilib.

Chosen
68
ekologiya.az

1Sources