EN

Azərbaycanda GenAI-dan istifadə hesabına iqtisadi təsir 70 mln. manata çatdırılacaq

2029-cu ilə qədər Azərbaycanda GenAI-dan istifadə halları vasitəsilə yaradılan iqtisadi təsir 70 milyon manata çatdırılacaq.

"APA-Economics" xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyası"nda öz əksini tapıb.

Sənədə əsasən, GenAI-dan istifadə halları vasitəsilə yaradılan iqtisadi təsir 2026-cı ildə 10 milyon manat, 2027-ci ildə 30 milyon manat, 2028-ci ildə isə 50 milyon manat olacaq.

Chosen
51
3
apa.az

5Sources