EN

“Qarabağ”ın U-19 komandası "Ayaks"a böyük hesabla uduzdu

“Qarabağ”ın U-19 komandası Gənclər Liqasının əsas mərhələsində sonuncu matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, Bakıda “Ayaks”ın (Niderland) müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələn Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 0:8 hesabı ilə uduzub.

Əsas mərhələnin 6-cı turunun matçı “Azərsun Arena”da keçirilib.

Xatırladaq ki, Gənclər liqasının əsas mərhələsi ümumilikdə altı turdan ibarət olur.

Chosen
68
1
football-plus.az

10Sources