EN

® Translation OKX Azərbaycan istifadəçiləri üçün P2P platformasında yeni xidmət istifadəyə verib

Kriptovalyuta birjası OKX Azərbaycanda P2P platforması üçün xüsusi bir funksiyanı - avtomatlaşdırılmış sifariş icrasını təqdim edib. Bu təşəbbüs şirkətin yerli bazarda mövqelərini gücləndirmək istiqamətində mühüm addımlardan biri hesab olunur.

Yeni xidmət sayəsində P2P əməliyyatları alıcı vəsaiti satıcının təsdiqlənmiş ödəniş məlumatlarına köçürən kimi avtomatik olaraq tamamlanır. Əvvəllər əməliyyatlar əl ilə təsdiq tələb edirdi ki, bu da sifarişlərin icrasını ləngidə və mübahisələrə səbəb ola bilərdi. Ödəniş üsullarının əlavə yoxlanılması yanlış məlumatların və ya üçüncü şəxslərə məxsus kartların istifadəsi riskini minimuma endirir, bu isə əməliyyatların təhlükəsizliyini və rahatlığını əhəmiyyətli dərəcədə artırır, demək olar ki, dələduzluq riskini aradan qaldırır.

OKX avtomatlaşdırılmış icranın ekosistem üçün böyük texnoloji irəliləyiş olduğunu vurğulayır: “Avtomatlaşdırılmış sifariş icrası bütün OKX P2P ekosistemi üçün texnoloji bir yenilikdir. Bu funksiyanı məhz Azərbaycan istifadəçiləri üçün təqdim edirik ki, kriptovalyuta ilə işləmək daha rahat və təhlükəsiz olsun. Azərbaycan bizim üçün vacib strateji bazardır və onun inkişafına investisiya qoymağa davam edəcəyik”.

Avtomatlaşdırılmış sifariş icrasından yararlanmaq üçün istifadəçilərin Kapital Bank, M10 və ya “Rabitə Bank”da təsdiqlənmiş hesabı olmalıdır. Platforma təqdim edilən məlumatların düzgünlüyünü Kapital Bank və Rabitə Bank üçün hesab, yaxud kart nömrəsi, M10 üçün isə telefon nömrəsi vasitəsilə avtomatik yoxlayır. Məlumat uyğun olmadıqda sistem bildiriş göstərir. Azərbaycan manatı ilə ticarət dünyadakı bütün istifadəçilər üçün əlçatandır, lakin yeni funksiyadan yalnız təsdiqlənmiş bank hesabı olanlar istifadə edə biləcəklər. Sifariş icrası üçün komissiya əməliyyat məbləğinin 0.25 faizi təşkil edir. Birja gələcəkdə dəstəklənən bankların siyahısının genişlənəcəyini də qeyd edib.

Xidmətin Azərbaycanda işə düşməsi çərçivəsində OKX bir sıra promokampaniyalar həyata keçirir. Bunlara tapşırıqları yerinə yetirməyə görə bonuslar təqdim edən P2P Exclusive Rewards, aktiv treyderlər üçün P2P Badges Promo, satıcıların görünürlüğünü artıran P2P Featured Ads və həm dəvət edən, həm də yeni qoşulan istifadəçilər üçün mükafatlar təklif edən xüsusi referal proqramı daxildir. Şirkətin sözlərinə görə, referal kampaniyası platformaya yeni P2P istifadəçilərinin cəlb olunmasında əsas vasitələrdən biri olacaq.

OKX Azərbaycanın kriptovalyutalara olan artan tələbatını və rəqəmsal aktivlərə marağın gücləndiyini də qeyd edir. Avtomatlaşdırılmış P2P sifariş icrası funksiyasının təqdim edilməsi OKX-nin müxtəlif ölkə və regionların spesifik ehtiyaclarına uyğun həllər təklif etmək öhdəliyini əks etdirir.

OKX ticarət həcminə görə dünyanın ən böyük kriptovalyuta birjalarından biridir və aktiv şəkildə Web3 ekosistemi inkişaf etdirir. Platforma 100-dən çox ölkədə 70 milyondan çox istifadəçiyə xidmət göstərir.

 

 

Chosen
94
2
azertag.az

3Sources