Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısında dəyişiklik edilib. Metbuat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncamla Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Olimpiya növləri üzrə Milli komandalar üçün Təlim-Məşq Mərkəzi MMC statusu alıb. Bundan başqa, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Futbol üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin adı dəyişdirilərək Futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbi, Gədəbəy Respublika Kompleks İdman Məktəbi "Gədəbəy rayon Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbi adlandırılıb. Həmçinin Respublika Olimpiya Mərkəzi Bakı Atletika Mərkəzi MMC, Respublika Stend Atıcılığı üzrə İdman Kompleksi isə Bakı Atıcılıq Mərkəzi MMC kimi fəaliyyət göstərəcək.