Nazirlər Kabineti “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib, nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Azərbaycan İdman Akademiyası büdcədən maliyyələşən qurumlar siyahısından çıxarılıb.
APA-nın xəbərinə görə, Azərbaycan İdman Akademiyası nazirliyinin strukturuna daxil olmayan tabeliyində publik hüquqi şəxs olacaq.