EN

3-cü sinfin KSQ imtahanındakı sual QALMAQAL yaratdı – “Atam həyətdə adam doğrayır?”

3-cü sinif şagirdlərinə verilən KSQ (Kiçik Sınaq Qiymətləndirmə) imtahanındakı dərs vəsaitindən yayılan sual ciddi müzakirələrə səbəb olub. Sualda “Atam həyətdə ........ doğrayır” cümləsi təqdim edilib və cavab variantları kimi “odun” və “adam” göstərilib.

Sosial şəbəkələrdə valideynlər tərəfindən yayılan bununla bağlı foto sərt şəkildə tənqid edilib.

KSQ imtahanındakı sualın uşaqların psixologiyasına mənfi təsir göstərə biləcəyi vurğulanaraq, “Adam doğramaq” variantının təqdim edilməsi gələcək nəsillər üçün potensial cinayətkarlığın aşılanması kimi qiymətləndirilib.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusna cavab olaraq bildirilib ki, paylaşım edilmiş hissə ümumi təhsil müəssisələrində istifadədə olan 3-cü siniflər üçün dərsliklərdə mövcud deyil:
 

“Belə bir test tapşırığı təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə təqdim olunmayıb.Mənbəyi məlum olmayan hər hansı çap materialının dərslik və ya tədris vəsaiti kimi ictimaiyyətə təqdim edilməsi, həmçinin əsassız və dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması xahiş olunur”, -deyə məlumatda qeyd olunub.


Məlumat üçün bildirək ki, KSQ (Kiçik Sınaq Qiymətləndirmə) testləri Təhsil Nazirliyi tərəfindən nəzarət olunan və təsdiq edilən bir sistem çərçivəsində hazırlanır. Belə ki, Təhsil Nazirliyi – ümumi siyasəti müəyyən edir, testlərin məqsəd və standartlarını təsdiq edir. Təhsil İnstitutu – testlərin məzmununu hazırlayan əsas qurumlardan biridir. Burada müvafiq fənn üzrə ekspertlər və metodistlər test suallarını tərtib edir.

Fənn müəllimləri və metodik ekspertlər – sualların pedoqoji və təhsil proqramına uyğunluğunu, eləcə də şagirdlər üçün çətinlik səviyyəsini yoxlayırlar.

Hazırlanmış testlər Nazirlik tərəfindən nəzərdən keçirilir, keyfiyyət və düzgünlük baxımından yoxlanılır, sonra KSQ imtahanlarında istifadə üçün təsdiqlənir.

Chosen
20
4
paralel.az

5Sources