EN

İran nömrələri ilə uşaqlara yazıb narkotik təklif edirlər - FOTO

Sosial şəbəkədə paylaşım edən valideyn övladına xarici, xüsusilə İran nömrələri vasitəsilə yazaraq narkotik maddə təklif edən şəxslərin olduğunu bildirib.

ÖlkÉ™.az qafqazinfo-ya istinadÉ™n xÉ™bÉ™r verir ki, valideyn digÉ™r vÉ™tÉ™ndaÅŸları diqqÉ™tli olmaÄŸa çağıraraq, xüsusilÉ™ yeniyetmÉ™lÉ™rin vÉ™ hÉ™ssas kÉ™simÉ™ mÉ™nsub insanların narkotik alverçilÉ™rinin tÉ™lÉ™sinÉ™ düşə bilÉ™cÉ™yini vurÄŸulayıb.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi dəfələrlə vətəndaşlara müraciət edib. Aparılan araşdırmalar göstərir ki, bu kimi xarici nömrələr, saxta hesablar və bəzi sosial media kanalları müəyyən xarici dairələrdən idarə olunur.

Narkotik şəbəkələri bu vasitə ilə əsasən narkotik aludəçilərini əməkdaşlığa cəlb edir, onların asılılığından istifadə edərək narkokuryer fəaliyyətinə yönəldirlər.

Vurğulanıb ki, bu səbəbdən hər bir sosial media istifadəçisi, xüsusilə valideynlər diqqətli olmalı, övladlarının onlayn fəaliyyətinə nəzarət etməli və şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə polisə məlumat verməlidirlər.

Chosen
5
7
olke.az

8Sources