EN

Süni intellekt proqnozları qızıl ticarətini necə dəyişir?

Bakı, 10 dekabr, AZƏRTAC

Süni intellekt qızıl ticarətində köklü dəyişiklik yaratmır, sadəcə proseslərin dəqiqliyini artırır və idarəetməni müəyyən qədər optimallaşdırır. Məsələn, qızıl bazarında birjalar geniş və aktiv istifadə olunan əsas platformalardır.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov məlumat verib.

Onun sözlərinə görə, bu bazarlarda əsasən iki növ analiz aparılır: fundamental və texniki təhlil.

“Məhz texniki təhlilin icrasında süni intellektin rolu xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən, süni intellekt investorların qərarvermə prosesinə və davranışlarına müəyyən təsir göstərir. Lakin bu təsir qızıl ticarətinin mahiyyətini dəyişmir və bazarda əsaslı dönüş yaratmır”, - deyə Eldəniz Əmirov vurğulayıb.

Ekspert əlavə edib ki, qızıl elə bir maliyyə alətidir ki, tətbiq olunan texnologiyalardan və tənzimləmə mexanizmlərindən asılı olmayaraq, uzunmüddətli perspektivdə həmişə yüksələn trendlə xarakterizə olunur.

Chosen
41
azertag.az

1Sources