EN

Azərbaycan millisini çalışdırmış məşqçi bu ölkədə işləyəcək

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Robert Prosineçki Asiyada işləyəcək. Sport24.az xəbər verir ki, xorvat mütəxəssis Qırğızıstan Futbol Federasiyası ilə anlaşıb.

O, Qırğızıstan milli komandasına rəhbərlik edəcək. Onunla artıq rəsmi müqavilə də imzalanıb.

56 yaşlı mütəxəssis 3 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, o, son olaraq Monteneqro yığmasına rəhbərlik edirdi. 

Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
sport24.az

2Sources