EN

"Embawood"dan aldığı divan keyfiyyətsiz çıxdı - VİDEO

"Embawood" şirkətininin mebel brendi olan "Madeyra"nın divanı keyfiyyətsiz çıxıb.

 
Pravda.az xəbər verir ki, bu barədə görüntüləri jurnalist Mübariz Hacılı paylaşıb.
 
O bildirib ki, "Embawood" şirkətinin səhifəsində qeyd olunan “126 çağrı” mərkəzi çətinliklə olsa da, əlaqə saxlayıb, lakin indiyə qədər problem həllini tapmayıb:
 
““126 çağrı” mərkəzi yalnız səhər saatlarında bir neçə dəqiqəlik işləyir. Çünki gün ərzində 20 dəfədən çox yığsam da, yalnız səhər saatlarında bir dəfə cavab verdilər. Yenə də sağ olsunlar. “126” nömrəsinin mənə təqdim etdiyi 012 436 74 11 (daxili nömrəsi 11 01) nömrəsinə isə, ümumiyyətlə, cavab verən yoxdur. Çətinliklə olsa da, aldığım divanın keyfiyyətsiz olması ilə bağlı məlumat versəm də, bu günə qədər nə "Embawood" şirkətindən əlaqə saxlayan olmayıb. Ortalıqda yalnız sürücülər və ustalar görünür. Usta da ədalı tonda qırılmış ayağı yalnız bağlaya biləcəyini deyib, yoxa çıxdı. Ustaya düzgün keyfiyyətli ayaqla təmin olunmayacağı halda divanı qaytaracağımı bildirdim. Ancaq üç gün keçməsinə baxmayaraq nə şirkətdən, nə mağazalardan, nə də ustadan xəbər var. Bu gündən sonra "Embawood" şirkətinin Müşahidə Şurasının sədri ilə görüşməyə çalışacağam. Ümid edirəm, baş verənlərdən xəbəri yoxdur. Əgər xəbəri varsa, deməli, daha bir şirkət iflasa doğru irəliləyir".
 
Pravda.az məsələni araşdırmaq üçün "Embawood" şirkətinə sorğu ünvanlasa da, hələ ki heç bir mövqe bildirilməyib.

 

Chosen
33
1
yenilik.az

2Sources