EN

Attestasiyadan keçə bilməyən bu müəllimlərin müsabiqə nəticələri məlum olub

Bakı.Trend:

Attestasiya nəticələrinə əsasən 3 əleyhinə – 2 lehinə səstoplayaraq tutduğu vəzifəyə uyğun hesab edilməyən namizədlər üçüntəşkil edilmiş xüsusi müsabiqənin müsahibə mərhələsinin nəticələrielan olunub.

Trend xəbərverir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər nəticələrlə “MyCulture” vahid şəxsikabineti vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə mərhələsi üzrə keçid balı 32 baldır.

Müsahibə nəticəsindən narazı qalan namizədlər üçün apellyasiyaimkanı yaradılıb. Apellyasiya müraciətlərinin qəbulu 10–13 dekabrtarixlərində “MyCulture” vahid şəxsi kabineti üzərindən elektronşəkildə qəbul ediləcək.

Chosen
66
8
az.trend.az

10Sources