EN

Tibb işçilərinin sertifikatı avtomatik yenilənir? - AÇIQLAMA

"Sertifikasiya dövrü dedikdə sənədin etibarlılıq müddəti nəzərdə tutulur. Cari qaydalara əsasən, sertifikatın bitməsinə 1 il qalmış 50 kredit balı toplamış tibb işçilərinin sənədi heç bir əlavə prosedur olmadan avtomatik uzadılır".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayımda Nazirliyin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılova bildirdi.

Onun sözlərinə görə, ilk il 50, növbəti il daha 50 bal toplayan tibb işçilərinin sertifikatı da eyni şəkildə avtomatik yenilənir:

"Bu mexanizm bütün tibb personalını əhatə edir. Ümumilikdə, 3 il ərzində 150 kredit balının toplanması sertifikatın problemsiz şəkildə yenilənməsi üçün kifayətdir. Mütəxəssislərə öz sahələri ilə bağlı tədbir və kurslarda fəal iştirak tövsiyə olunur".

Nuriyyə NATİQQIZI

 

 

Chosen
84
1
redaktor.az

2Sources