Baş məşqçi Arne Slot komandanın aparıcı futbolçusu Məhəmməd Salahla yaşanan gərginlik fonunda geri addım atmağı düşünmür.
Publika.az xəbər verir ki, bu barədə niderlandlı mütəxəssis Çempionlar Liqasında "İnter" üzərində qazanılmış qələbədən sonra danışıb.
"Yaxşı, siz deyirsiniz ki, həyatda hər kəs səhv edir, amma sual olunur ki, bunu oyunçular da etiraf etməlidir? Bəs təşəbbüs oyunçudan olmalıdır, yoxsa məndən?"
Xatırladaq ki, İngiltərə çempionatında "Liverpul"un son dəqiqələrdə qələbəni əldən verdiyi və Salahın 90 dəqiqə ehtiyatda qaldığı "Lids"lə oyundan sonra (3:3) misirli hücumçu mətbuat qarşısına çıxaraq klubun və xüsusilə baş məşqçinin ona münasibətinin qəfil dəyişdiyini anlamadığını bildirmişdi.
Daha sonra komandanın kapitanı Vircil van Deyk paltardəyişmə otağında Salahın əsas heyətə qaytarılmasını və Slotun istefasını tələb edən futbolçularla qapalı görüş təşkil edib.