Paytaxt Bakı yenə yağan yağış sularına təslim olub.
NOCOMMENT.az xəbər verir ki, paytaxtda yağış yağan kimi küçələrdə su toplanır, piyada və nəqliyyatın hərəkətində problemlər yaranır.
Belə bir ərazilərdən biri də Yasamal rayonu İnşaatçılar metrostansiyasının ətrafıdır.
Yağan yağış nəticəsində yolları su basıb. Hətta su pilləkənlərdən aşağı axaraq “şəlalə” görüntüsü yaradıb.
Bu da sakinlərin hərəkətinə çox ciddi problem yaradıb.