EN

İrəvandan sərhəd demarkasiyası ilə bağlı açıqlama

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaxın gələcəkdə Azərbaycan-Ermənistan sərhədinin daha bir hissəsi demarkasiya ediləcək və bu proses gələn ilin birinci rübündə baş tuta bilər.

"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.

"Biz və Azərbaycan tərəfi bəzi məsələlərdə tələsirik. Lakin proses davam edir və düşünürəm ki, yaxın gələcəkdə sərhədin bir hissəsini də demarkasiya edəcəyik", - o bildirib.

A.Simonyan söhbətin sərhədin hansı hissəsindən getdiyini dəqiqləşdirməyib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
1
cebheinfo.az

2Sources