EN

Qopmuş qulağını beş ay ayağında GƏZDİRDİ

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Çində baş verən qeyri-adi tibbi hadisə ictimaiyyətin diqqətini çəkib.

Redaktor.az "Oddity Central"a istinadla xəbər verir ki, Şandun əyalətində yaşayan bir qadın qopmuş sol qulağını beş ay boyunca ayağında daşımalı olub. Bu addım həkimlərin sonrakı rekonstruktiv əməliyyatın uğurlu keçməsi üçün verdiyi qərarla əlaqəli idi.

Hadisə qadının iş yerində baş verib: saçları istehsalat avadanlığının mexanizminə ilişərək sol qulağının, baş dərisinin bir hissəsinin və üz nahiyəsindəki dərinin qopmasına səbəb olub. Onun həyatı üçün təhlükə olmasa da, vəziyyət mürəkkəb rekonstruksiya tələb edirdi.

Həkimlər qulağı dərhal yerinə tikə bilməyiblər, çünki zədələnmiş qan damarları buna imkan vermirdi. Orqanı xilas etmək üçün mütəxəssislər qeyri-adi qərar veriblər: qulağın müvəqqəti olaraq ayağa köçürülməsi. Ayaq nahiyəsinin dərisi və damarlarının qalınlığı qulaq toxuması ilə uyğun olduğundan, bu addım sonrakı transplantasiya üçün şans yaradırdı.

Mikrocərrahlar 10 saatlıq əməliyyatla diametri 0,3 millimetrdən də az olan damarları birləşdiriblər. İlk günlər qan dövranı qeyri-sabit olsa da, tədricən normallaşıb və qulaq “yeni yerinə” uyğunlaşıb.

Beş ay ərzində qadın qulağın zədələnməməsi üçün yalnız boş ayaqqabılar geyinib, daha çox gəzərək toxumaların qanlanmasını artırıb. Paralel olaraq, baş dərisi final əməliyyata hazırlanıb.

Ən çətin mərhələ qulağın yenidən baş nahiyəsinə köçürülməsi 2025-ci ilin oktyabrında həyata keçirilib. Cərrahlar mikroskop altında zədələnmiş damar və sinirləri ayıraraq uyğun kanallar tapıblar və uğurla birləşdiriblər.

Həkimlərin sözlərinə görə, əməliyyat uğurla nəticələnib və xəstənin vəziyyəti stabildir.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
2
redaktor.az

3Sources