EN

Əfsanəvi futbolçunun xatirəsi süni intellektlə hazırlanan görüntü ilə yad edilib VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin vəfatının 28-ci ildönümüdür.

İdman.Biz xəbər verir ki, bununla bağlı Peşəkar Futbol Liqası (PFL) süni intellektlə hazırlanmış video paylaşıb.

Videoda onun Bakını gəzərək Tofiq Bəhrəmov adına Respublika Stadionuna gəlməsi əks olunur.

Qeyd edək ki, A.Banişevski 1963-1978-ci illər ərzində “Neftçi”nin heyətində çıxış edib. Futbolçu karyerasını başa vurduqdan sonra, 1981-ci ildə yenidən “Neftçi”yə qayıdaraq məşqçi kimi fəaliyyətə başlayıb və 1983-cü ildə klubdan ayrılıb.

A.Banişevski 1996-cı ildə Azərbaycan futboluna göstərdiyi xidmətlərə görə “Şöhrət” ordeni ilə təltif edilib. Əfsanəvi futbolçu 1997-ci il dekabrın 10-da dünyasını dəyişib.

PFL-in hazırladığı videonu təqdim edirik:

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
icma.az

3Sources