EN

Aİ Rusiya neftini daşıyan 40 tankerə qarşı sanksiyaları razılaşdırıb

Avropa İttifaqı (Aİ) səfirləri əsas sanksiya paketlərindən kənar Rusiyaya qarşı "kiçik blok" sanksiyalarını razılaşdırıblar.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə TASS-a Brüsselin diplomatik dairələrindəki mənbə bildirib.

Bura Rusiya neftini daşıyan təxminən 40 tanker və təxminən 10 fiziki şəxs daxil olacaq.

"Aİ səfirləri Ukraynada müharibənin başlanmasından ilk dəfə olaraq əsas sanksiya paketlərindən kənar Rusiyaya qarşı məhdud sanksiya blokunun tətbiqini təsdiqləyiblər. Aİ-nin qara siyahısına kölgə donanmasına aid təxminən 40 tanker, həmçinin Rusiya ilə əlaqəli olan fiziki şəxslər, o cümlədən xarici ölkə vətəndaşları daxil edilib", - diplomat bildirib.

O əlavə edib ki, bu sanksiyalar 15 dekabrda Brüsseldə keçiriləcək görüşdə xarici işlər nazirləri səviyyəsində təsdiqlənməlidir, bundan sonra onlar qüvvəyə minəcək.

Chosen
7
2
bakivaxti.az

3Sources