EN

Aİ isitxana qazı emissiyalarının azaldılması üzrə iqlim razılaşmasına nail olub

Bakı. Trend:

Avropa İttifaqı 2040-cı ilə qədər isitxana qazı emissiyalarını1990-cı il səviyyəsindən 90% azaltmaq üçün qanuni qüvvəyə malikolan iqlim razılaşmasına nail olub.

Trend xariciKİV-ə istinadla xəbər verir ki, Avropa Parlamenti və Aİ ölkələri buhədəfin qanun halına gəlməsi üçün onu ayrı-ayrılıqdatəsdiqləməlidir. Bu isə əvvəlcədən razılaşdırılmış sazişlərinformal olaraq qəbul edilməsi deməkdir.

“Bu razılaşma göstərir ki, iqlim, rəqabət qabiliyyəti vəmüstəqillik bir arada mümkündür. Bu, qlobal tərəfdaşlarımıza güclümesaj verir. Biz güclü, lakin real iqlim qanunu üzərində razılığagəldik,” – Aİ-nin iqlim komissarı Vopke Hoekstra bəyanatdabildirib.

Qeyd edək ki, bu hədəf, aylarla davam edən danışıqlardan sonraəldə olunmuş siyasi kompromisi əks etdirir. Polşa, Slovakiya vəMacarıstan kimi ölkələr daxili sənayelərinin yüksək enerjixərcləri, ucuz Çin idxalı və ABŞ-ın tarifləri ilə üzləşdiyini əsasgətirərək, karbon qazının daha dərindən azaldılmasına qarşıçıxırdılar.

Digər Aİ üzvləri – Niderland, İspaniya və İsveç kimi ölkələr isəekstremal hava hadisələrinin daha da artması və "yaşıltexnologiya"ların istehsalında Çinlə ayaqlaşma zərurətini iddialıhədəflərin əsas səbəbi kimi göstərirdilər.

Müxalif tərəfləri razı salmaq üçün Aİ bəzi siyasi cəhətdənhəssas iqlim siyasətlərini də yumşaltmağa razılaşdı – məsələn,yanacaq üçün karbon qiymətinin tətbiqini bir il ləngidərək 2028-ciilə qədər təxirə salıb.

Chosen
15
az.trend.az

1Sources