EN

Kreml: “Rusiya Ukraynada atəşkəs deyil, davamlı sülh istəyir” – ÖZƏL

Kreml Ukrayna üzrə mövqeyini açıqlayaraq bildirib ki, Rusiya "enerji atəşkəsi" deyil, Ukraynada davamlı və uzunmüddətli sülhün əldə edilməsinə çalışır. 

Olaylar.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskovun sözlərinə görə, Moskva üçün əsas prioritet imzalanmış sənədlər əsasında Ukraynada sabit sülhün təmin edilməsidir.

Kreml rəsmisi həmçinin qeyd edib ki, Rusiya hələ ABŞ ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkədə prezident seçkiləri ilə bağlı son bəyanatını müzakirə etməyə imkan tapmayıb. Bununla belə, o xatırladıb ki, Rusiya Prezidenti daha əvvəl Ukraynada prezident seçkilərinin keçirilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada prezident seçkilərinin vaxtının çatdığını, ukraynalıların bu hüquqa malik olmalı olduqlarını bəyan etmişdi. Zelenski isə bildirib ki, Ukrayna seçkilərə hazırlaşa bilər, lakin bunun üçün ABŞ və Avropa ölkələrindən təhlükəsizliyin təmin edilməsini istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
24
olaylar.az

1Sources