EN

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişir

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişir.

APA-nın xəbərin görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

Layihəyə əsasən, məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunacaq.

Chosen
22
8
apa.az

10Sources