EN

Fransanın keçmiş prezidenti Sarkozi bəyan edib ki, Qərb artıq dünyanın mərkəzi deyil

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi bildirib ki, Qərb artıq dünyanın mərkəzi mövqeyində deyil. “Le Point” jurnalına verdiyi müsahibədə o qeyd edib ki, əvvəllər bütün dünyanın itaət etdiyi Qərb indi özü də tabe mövqedədir.

Doğru.az xəbər verir ki, Sarkozi demoqrafiya və coğrafi reallıqlara diqqət çəkərək, Qərb ölkələrində 800 milyon insan yaşadığını, Asiya ölkələrinin isə 4 milyard nəfərdən ibarət olduğunu vurğulayıb.

Keçmiş prezident əlavə edib ki, indi heç bir çoxtərəfli struktur beynəlxalq səviyyədə effektiv işləmirlər və bütün qlobal arxitektura yenidən ixtira edilməlidir.

Qeyd edək ki, bundan əvvəl Finlandiya prezidenti Alexander Stubb da Qərbin rəhbərlik etdiyi liberal dünya nizamının sona çatdığını açıqlamışdı.

DOĞRU.AZ

Chosen
45
1
dogru.az

2Sources