EN

Nazir müavini: Forum çərçivəsində həm milli, həm də qlobal baxış bucağından mədəniyyət məsələləri müzakirə olunacaq

Bakı, 10 dekabr, AZƏRTAC

“Mədəniyyət və Hüquq: Müasir çağırışlar” çərçivəsində keçirilən Forumun əsas diqqəti mədəniyyətin hüquq və dövlət sistemindəki rolu, eləcə də mədəniyyət hadisəsi olaraq onun özlüyündə təzahürü üzərində cəmlənəcək. Tədbir çərçivəsində həm milli, həm də qlobal baxış bucağından mədəniyyət məsələləri müzakirə olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.

O bildirib ki, panellərdə mədəniyyətin “yumşaq güc” rolu müzakirə ediləcək. Beynəlxalq münasibətlərdə, iki və çoxtərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan mədəniyyətinin ölkəmizin tanıdılmasında oynadığı rol və təsir məsələsi diqqət mərkəzində olacaq.

Nazir müavini qeyd edib ki, həmçinin mədəni irsin qorunması, qlobal baxışda Azərbaycan mədəniyyətinin nə qədər qorunduğu, təbliğ olunduğu və beynəlxalq səviyyədə tanıdıldığı istiqamətindən müzakirələr aparılacaq.

Chosen
34
azertag.az

1Sources