EN

Con Van Loen: "Qarabağ" "Ayaks"la matçda favoritdir

Bakı, 10 dekabr, AZƏRTAC

"Qarabağ" "Ayaks"la matçda favoritdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Niderland millisinin və “Ayaks”ın keçmiş hücumçusu Con Van Loen deyib.

Mütəxəssis Azərbaycan çempionunun “Kopenhagen” və “Benfika”ya qalib gəldiyini xatırladıb: “Onlar yaxşı komanda qurublar. Ötən mövsüm bu kollektivlər Avropa Liqasında üz-üzə gəliblər. Həmin görüşdə Amsterdam təmsilçisi qalib gəlmişdi. İndi fərqlər çoxdur”.

Ağdam klubunun sabiq koordinatoru Qurban Qurbanovla işlədiyi dönəmlərdən həzz aldığını bildirib: “Qarabağ”da gözəl işlər görür. O, xüsusi insandır. Futbola aydın baxışı var”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq “Qarabağ” - “Ayaks” qarşılaşması saat 21:45-də başlayacaq. Matçı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək.

Turnir cədvəlində "Qarabağ" 7 xalla 21-ci pillədə qərarlaşıb. Xalı olmayan "Ayaks" isə sonuncu - 36-cıdır.

Chosen
89
2
azertag.az

3Sources