EN

ABŞ şirkəti Heydər Əliyev adına Neft Emalı Zavodunda korroziyaya qarşı xidmətlər göstərməyi planlaşdırır

Bakı. Trend:

ABŞ-nin "Zerust Integrity Solutions" şirkəti gələn il üzrəAzərbaycanda neft-qaz sahəsi üzrə bir sıra müəssisə vəplatformalarda korroziyaya qarşı xidmətlərini təqdim etməyiplanlaşdırır.

Bunu şirkətin Xəzər regionu üzrə rəhbəri Ruslan Cəfərov bu günBakıda keçirilən “Asset Integrity & Corrosion and CoatingsConference” tədbiri çərçivəsində Trend-ə açıqlamasında deyib.

O, şirkətin Azərbaycandakı fəaliyyət istiqamətlərindən bəhsedib:

"Azərbaycanda 5 ildən çoxdur ki, fəaliyyət göstəririk. 50 illiktarixə malik müəssisəmizin mərkəzi ofisi ABŞ-də yerləşir və 70ölkədə məhsul və xidmətlərimizi təqdim edirik.

Əsas fəaliyyət istiqamətimiz hər hansı zavodlarda, müəssisələrdəkimyəvi məhsullarımızla korroziyanın qarşısını almaqdır. Nəticədəhəmin müəssisələrin ömrünü 10 ilədək artırmış oluruq".

Şirkət rəsmisi indiyədək Azərbaycanda strateji əhəmiyyətlilayihələrdən iştirakla bağlı Səngəçal terminalında fəaliyyətləriniqeyd edib və növbəti təklifləri dəyərləndirdiklərinivurğulayıb:

"Hazırda ölkədə bir neçə neft-qaz platformasında korroziyayaqarşı xidmətlər göstəririk. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)ilə birgə görüşlər keçiririk. Danışıqlarımızda gələn il üzrə HeydərƏliyev adına Neft Emalı Zavodu (NEZ) və onun nəzdində olanmüəssisələrdə məhsul və xidmətlərimizin göstərilməsini müzakirəedirik".

Məqalədə:
Chosen
59
2
az.trend.az

3Sources