EN

Bu halda tələbələrlə əmək müqaviləsi bağlanacaq

Müddətli əmək müqaviləsi bağlanan yeni hallar müəyyənləşib.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı hallarda əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol verilir:

- təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda;

- əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda;

- qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

"Cebheinfo.az"

Chosen
2
2
cebheinfo.az

3Sources