EN

Papa Trampa qarşı:  Qalmaqal BÖYÜYÜR

Roma Papası XIV Leo, ABŞ prezidenti Donald Trampın Avropa ilə bağlı son açıqlamalarını tənqid edib. Sky News-un məlumatına görə, Papa, Trampın Ukrayna üçün təklif etdiyi “sülh planı”nın ədalətli olub-olmaması ilə bağlı verilən suala cavab olaraq, Trampın bəzi fikirlərinin Avropa və ABŞ arasında mövcud olan uzunmüddətli müttəfiqlik əlaqələrini dəyişdirməyə cəhd etdiyini vurğulayıb.

Vətəninfo.az xəbər verir ki, Papa XIV Leo, “Təəssüf ki, mən hesab edirəm ki, bu planın bəzi hissələri, uzun illərdir davam edən Avropa və ABŞ arasındakı real müttəfiqlik əlaqələrini ciddi şəkildə dəyişdirə bilər,” deyə bildirib. O, əlavə edərək qeyd edib ki, Trampın Avropa ilə bağlı etdiyi şərhlər, bu gün və gələcəkdə çox vacib olan ittifaqı parçalamağa yönəlmiş bir cəhddir.

Papa, Tramp administrasiyasının Avropaya və onunla əlaqələrə öz baxışına malik olma hüququnu qəbul etsə də, ABŞ daxil olmaqla “başqa cür düşünən” çoxlu insanların olduğunu da vurğulayıb.

XIV Leo, bu açıqlamaları İtaliyada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra verib.

Bundan əvvəl, ABŞ prezidenti Donald Tramp, Avropa Komissiyasının İlon Maskın sosial şəbəkəsini 120 milyon avro cərimələmək qərarını tənqid edərək, Avropanın yanlış istiqamətdə getdiyini və Komissiyanın qərarının “qəribə” olduğunu bildirmişdi. Tramp, “Avropa çox diqqətli olmalıdır. Onlar çox şey edirlər. Biz istəyirik ki, Avropa Avropa olaraq qalsın. Avropa pis istiqamətdə gedir. Bu, çox pisdir. Bu, insanlar üçün çox pisdir. Biz Avropanın bu qədər dəyişməsini istəmirik,” demişdi.

Chosen
17
veteninfo.az

1Sources