Globalinfo.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"5 dekabrda baş verən hücum zamanı dronlar neftin ilkin emalı qurğusu olan CDU-6-nı zədələyib. Bu, müəssisənin əsas avadanlıqlarından biridir və avqustda dron hücumuna məruz qaldıqdan sonra iki həftə ərzində təmir olunmuşdu. Yeni təmir işləri bir ay davam edə bilər", - deyə bildirilib.
Sızran şəhərinin meri Sergey Voloçenkov hücum barədə məlumat versə də, detallara varmayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə dronların Sızrandakı NEZ-ə hücum etdiyini təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31