EN

Rauf üçün əlamətdar oyun - 100-ə çatdı

“Kəpəz”in futbolçusu Rauf Hüseynli ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının 14-cü turunun “Araz-Naxçıvan”la görüşünə (0:2) təsadüf edib.

Rauf səfər matçına start heyətində çıxıb. O, premyer-liqada keçirdiyi 100 qarşılaşmada 6 qola imza atıb.

Müdafiəçi 5 klubun heyətində çıxış edib. Hüseynli “Kəpəz”də 33 (3 qol), “Şamaxı”da 31 (1 qol), “Qəbələ”də 30 (1 qol), “Zirə”də 5, “Qarabağ”da 1 (1 qol) oyun keçirib.

Qeyd edək ki, premyer-liqada debütü 2019/20 mövsümünə təsadüf edən Hüseynli çempionatda 100 və daha çox oyun keçirən 449-cu futbolçudu.

Chosen
123
10
football-plus.az

10Sources