AzVision.az xəbər verir ki, Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik Təhlükəsizlik Şurasının (TŞ) belə deyib.
“Biz Milad bazarlığında deyilik. Biz məhşur Çerkizovski bazarında deyilik. Rusiya Ukraynanın təslim olmasını istəyir. Amma mənim cavabım budur: Ukraynanı yox, bublikin deşiyini alacaqsınız!”– ukraynalı diplomat Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın çıxışından sonra bildirib.
BMT TŞ-nin dekabrın 9-da keçirilən iclası Rusiya qüvvələrinin Ukraynada mülki əhalini və infrastruktur obyektlərini intensiv atəşə tutması məsələsini müzakirə edib.
BMT-nin İnsan Haqları İdarəsinin yaydığı hesabatda 2025-ci ilin iyun-noyabr ayları arasında Ukraynada mülki qurbanların sayının əhəmiyyətli dərəcədə artdığı vurğulanıb.
Avropa İttifaqının (Aİ) BMT-dəki nümayəndəsi Stavros Lambrinidis BMT TŞ-nin iclasında bəyan edib ki, Rusiya mülki hədəflərə hücumlarını gücləndirməklə Ukraynada sülh yaratmaq niyyətində olmadığını sərgiləyir.
Sahil İsgəndərov
AzVision.az