EN

ABŞ-nin NATO-dan çıxması üçün qanun layihəsi Konqresə təqdim edilib

Konqresmen Massi: Amerika “soyuq müharibə dövrünün qalığı” olan alyansı tərk etməlidir…

Respublikaçı konqressmen Tomas Massi ABŞ-nin NATO-dan çıxmasını nəzərdə tutan qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib.

Poliqon xəbər verir ki, bu barədə məlumat siyasətçinin rəsmi saytında dərc olunub.

Massi Şimali Atlantika Alyansını “soyuq müharibənin köhnəlmiş strukturu” adlandıraraq ABŞ-nin blokdan ayrılmasının zəruri olduğunu bildirib. Onun sözlərinə görə, alyansa yatırılan milyardlarla dollar Amerika dövlətinin təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəldilməlidir, “sosialist ölkələrinin müdafiəsinə yox”.

Konqressmen xatırladıb ki, NATO SSRİ-yə qarşı yaradılıb və Sovet İttifaqı artıq 30 ildən çoxdur mövcud deyil. Bununla belə, ABŞ-nin alyansdakı iştirakı amerikalı vergi ödəyicilərinə “trilyonlarla dollara başa gəlib” və ölkəni xarici münaqişələrə cəlb olunmaq riskləri ilə üz-üzə qoymağa davam edir.

“Amerika bütün dünyanın, xüsusilə də öz müdafiəsi üçün kifayət qədər vəsait ayırmaqdan imtina edən varlı ölkələr üçün ‘təhlükəsizlik yorğanı’ rolunu oynamamalıdır”, deyə Massi vurğulayıb.

Qanun layihəsinə əsasən, ABŞ prezidenti ölkənin alyansdan çıxması barədə NATO-ya müqavilənin 13-cü maddəsinə uyğun şəkildə rəsmi bildiriş göndərməlidir. Sənəd həmçinin federal vəsaitlərin NATO strukturlarının maliyyələşdirilməsinə yönəldilməsini qadağan edir.

Poliqon.info

Chosen
83
poliqon.info

1Sources