Müəllif:Mehin Qasımova,Banco.az
Aİ Komissiyası Google-a qarşı rəqabət qanunvericiliyinin mümkün pozuntuları ilə bağlı araşdırma başlatdığını açıqlayıb.
Banco.az xəbər verir ki, bəyanatda Google-un naşirlərin onlayn məzmunundan onlara müvafiq təzminat ödəmədən və ya onların məzmununun istifadəsindən imtina etmək imkanı vermədən istifadə etməsindən narahatlıq ifadə olunub.
Komissiya həmçinin Google-un süni intellekt modellərini üçüncü tərəflərə məxsus onlayn məzmun əsasında qanunsuz şəkildə təlimləndirməsi iddiasını araşdıracağını bildirib.
Aİ Komissiyasının vitse-prezidenti Teresa Ribera mətbuat şərhində bildirib ki, süni intellekt Avropada insanlar və müəssisələr üçün böyük innovasiyalar və saysız faydalar yaradır. O əlavə edib:
“Ancaq bu irəliləyiş cəmiyyətlərimizin təməl prinsipləri bahasına başa gələ bilməz. Buna görə də araşdıracağıq ki, Google-un fəaliyyəti rəqabət qaydalarını, eləcə də naşirlər və məzmun yaradıcıları üçün ədalətli şərtləri pozub və rəqabət aparan AI model tərtibatçılarını əlverişsiz vəziyyətə salıb, yoxsa yox".