Moskva istiqamətində hərəkət edən pilotsuz uçuş aparatı (PUA) Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Herbiand.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, bunu paytaxt meri Sergey Sobyanin məlumat paylaşıb.
“Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Moskva istiqamətində uçan PUA məhv edilib. Qalıqların düşdüyü ərazidə fövqəladə hallar xidmətlərinin mütəxəssisləri işləyir”.