EN

“Abşeron” Ticarət Mərkəzindən maraqlı sosial layihə

Marja.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Abşeron” Ticarət Mərkəzinin maraqlı bir layihəsi sosial xarakteri ilə diqqəti cəlb edib.

Ölkənin nəhəng tikinti bazarına çevrilən Mərkəz bu dəfə uşaqların öz otaqları ilə bağlı xəyallarını reallaşdıracaq.

“Abşeron” TM-ə müraciət edən 8-16 yaşlı uşaqlar arasından 3 nəfərin otağını Türkiyənin məşhur memarı Selim Yuhay və komandası təmir edəcək. “ “Abşeron” ilə yenidən başla!” adlanan layihəyə uşaqlar otaqlarının şəklini və əlaqə məlumatlarını Ticarət Mərkəzinin İnstagram səhifəsinə göndərməklə qoşula biləcəklər.

Qeyd edək ki, şirkət bu layihə ilə uşaqlarda otaq təmiri və dizaynı fantaziyalarını da inkişaf etdirəcəyinə ümid bəslədiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
93
1
marja.az

2Sources