EN

Seul bildirib ki, Şimali Koreya təlimlər zamanı 10 reaktiv mərmi buraxıb

ain.az bildirir, Bizimyol portalına istinadən.

Şimali Koreya ordusunun 9 dekabrda keçirdiyi təlimlər çərçivəsində reaktiv yaylım atəşi sistemlərindən (RYS) təxminən 10 mərmi buraxdığı iddia edilir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi Cənubi Koreya Silahlı Qüvvələri Baş Qərargah Komitəsinin zabitinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Şimali Koreya ordusu “təxminən 240 millimetrlik RYS-dən buraxılan 10 raketi Sarı dənizə tərəf yönəldib. Dəyərləndirmələrə görə, bu, planlı qış təlimlərinin bir hissəsidir”. Afetlik xatırladır ki, Koreya Xalq Ordusu adətən qış təlimlərini dekabr ayında keçirir.

Bundan əvvəl, noyabrın əvvəlində, ABŞ müdafiə naziri Pit Hegsettin Şimali və Cənubi Koreyanı ayıran demilitarizasiya olunmuş zonaya səfəri zamanı, Şimali Koreyanın RYS-dən raket buraxdığı barədə məlumatlar yayılmışdı.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
icma.az

1Sources