EN

Niderland Ukraynaya 700 milyon avroluq hərbi yardım ayırıb

Ulyanov: Amsterdam Kiyevdəki korrupsiya qalmaqalına baxmayaraq qərar verib…

Niderland hökumətinin Ukraynaya 700 milyon avro həcmində hərbi yardım ayırmağa hazırlaşdığı bildirilir.

Poliqon xəbər verir ki, bu barədə Vyanada beynəlxalq təşkilatlar yanında Rusiyanın daimi nümayəndəsi Mixail Ulyanov sosial şəbəkə X-də açıqlama verib. Diplomat qeyd edib ki, Amsterdam bu addımı “Kiyevdə davam edən korrupsiya qalmaqalına baxmayaraq” atır.

Ulyanovun sözlərinə görə, Niderland hökuməti üçün daxili sosial tələbatlar ikinci planda qalır və yerli sakinlərin “öz vəsaitlərini Ukrayna rəhbərliyinə güzəştə getməyə hazır olduqları” iddia olunur. O, qərarın ölkə daxilində müzakirələrə səbəb olduğunu da vurğulayıb.

Xatırladaq ki, Ukraynada korrupsiya qalmaqalı 10 noyabrda NAZK və SAP tərəfindən energetika sektorunda keçirilən “Midas” əməliyyatı ilə başlayıb. Axtarışlar o cümlədən Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Yermakın iş yerində və evində aparılıb. 28 noyabrda Yermak, eyni zamanda Ukraynanın sülh danışıqlarındakı nümayəndə heyətinin rəhbəri, istefa verdiyini açıqlayıb.

Poliqon.info

Chosen
60
poliqon.info

1Sources