EN

Daha bir dəhşətli təyyarə QƏZASI - Ölənlər var

Sudanda İl-76 tipli hərbi yük təyyarəsi eniş edərkən qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Agence France-Presse" hərbi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində təyyarənin bütün heyət üzvləri həlak olub.

"İl-76 texniki nasazlıqdan sonra Qırmızı dənizdəki Port Sudan şəhərindəki Osman Diqna Hava Bazasına eniş etməyə cəhd etdikdən sonra qəzaya uğrayıb", - agentlik adı açıqlanmayan mənbəyə istinadən yazıb.

Məlumatda qeyd olunur ki, hadisədən əvvəl texniki nasazlıq baş verib. Ölənlərin dəqiq sayı açıqlanmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
72
1
olaylar.az

2Sources