EN

“Güllü”nün qızı saxlanıldı Ölkədən qaçmaq istəyirmiş

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Eyvandan yıxılaraq ölən məşhur türkiyəli müğənni “Güllü”nün (Gül Tut) ölümü ilə bağlı aparılan istintaq çərçivəsində onun qızı Tuğyan Ülkem Gülter və hadisə günü eyni otaqda olduğu bildirilən rəfiqəsi Sultan Nur Ulu İstanbulda saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, onların ölkədən qaçmağa hazırlaşdıqları iddiaları səbəbindən saxlanıldığı bildirilir.

Xatırladaq ki, tanınmış müğənni sentyabrın 26-da evinin balkonundan yıxılaraq həyatını itirmişdi. Sənətçi arabesk janrındakı “Her şeyim oldun”, “Sabah olmadan”, “Bendeki sen” və “Varlığın yeter” kimi mahnıları ilə məşhurlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
140
qafqazinfo.az

1Sources