EN

Britaniya MN rəsmisi: Tərəfdaşlığımız ölkələrimizin təhlükəsizliyi üçün fayda gətirir

“Keçən həftə Azərbaycana əla bir səfərim oldu və bu səfər müdafiə əməkdaşlığımızı daha da gücləndirdi. Tərəfdaşlığımız inkişaf edir və həm ölkələrimizin təhlükəsizliyi, həm də müdafiəsi üçün fayda gətirir.”

APA xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi Vernon Koker bildirib.

O Azərbaycan səfəri ilə bağlı öz “X” hesabında paylaşım edib.

Chosen
27
apa.az

1Sources