EN

Trampın qardaşı qızı: ABŞ Prezidenti sevgiyə həsrətdir

BAKI, 9 dekabr. TELEQRAF

"Əmim sevgiyə həsrətdir".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın qardaşı qızı "Mary Trump Live" onlayn şousu zamanı deyib.

Onun fikrincə, hər kəs əmisinin özünü təsdiq etmək istəyindən əziyyət çəkir: "Donald ata sevgisinə həsrətdir. O, heç vaxt atasından sevgi görməyib".

Meri Tramp həmçinin iddia edib ki, əmisinin FİFA-nın ilk Sülh Mükafatını alması onun Nobel mükafatını arzulamasının nümunəsidir: "Tramp daha ​​çox pul, daha çox güc, daha çox medallar, kuboklar vəmükafatlar istəyir. O ümid edir ki, bütün bunlar onun ruhundaki boşluğu dolduracaq".

Meri Tramp Donald Trampın böyük qardaşı Fredin qızıdır. 1981-ci ildə atasının ölümündən sonra Merinin əmisi və əmisi uşaqları ilə münasibətləri pisləşib. 2020-ci ildə Meri əmisi haqqında bir neçə alçaldıcı ifadələr işlədib. O,"Ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı?" kitabının müəllifidir.

Chosen
16
2
teleqraf.com

3Sources