EN

Suriyanın paytaxtı Dəməşqdə partlayış səsləri eşidilib

Suriyanın paytaxtı Dəməşqin Mezze rayonundakı hərbi hava limanı ətrafında altı partlayış səsi eşidilib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Suriya Dövlət Televiziyası partlayışın mənbəyinin araşdırıldığını bildirib.

Paytaxtın cənubundakı Mezze rayonunda baş verən partlayışların səbəbi hələlik məlum deyil.

Partlayışların mülki yaşayış məntəqələrindən uzaqda baş verdiyi bildirilir.

Suriya hakimiyyəti partlayışlarla bağlı heç bir şərh verməyib.

Qaziler.az

Chosen
12
qaziler.az

1Sources