EN

Britaniya “Putinin ideoloqu” Aleksandr Duqinə qarşı sanksiya tətbiq edib

Böyük Britaniya “Putinin ideoloqu” adlandırılan filosof Aleksandr Duqinə qarşı sanksiya tətbiq edib.

AzPost bildirir ki, bununla bağlı siyahı Britaniya hökumətinin veb saytında yeriləşdirilib.

Bu siyahıda “Kreml filosofu” Aleksandr Duqinlə yanaşı Rusiya Müdafiə Nazirliyinə yaxın olan “Rıbar” Telegram kanalı və onun təsisçisi Mixail Zvinçuk da var.  Siyahıya həmçinin “Qolos” veb saytı, Xaricdə Yaşayan Həmvətənlərin Hüquqlarının Müdafiəsi və Dəstəyi Fondu, Geosiyasi Ekspertiza Mərkəzi və Euromore informasiya resursu da əlavə edilib.

Məlumatlara görə, Duqin Ukraynanın sabitliyinin pozulmasında ölkənin sabitliyini pozan və ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən siyasətləri dəstəkləməklə və təşviq etməklə iştirak edir.

AzPost.az

Chosen
43
azpost.info

1Sources