EN

İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda Heydər Əliyev Fondunun tərəfdaşlığı, AzərbaycanRespublikasının Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının(İƏT) təşkilatçılığı ilə davam edən “İƏT Mədəniyyət Festivalı: BakıYaradıcı Həftə-2025” çərçivəsində Qadınların Yaradıcı Forumukeçirilib.

Trend xəbər verir ki, forumAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam ƏməkdaşlıqTəşkilatının Qadınların İnkişafı Təşkilatı (WDO), AzərbaycandaQadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və YaradıcıAzərbaycan platformasının birgə təşkilatçılığı ilə baş tutub.

Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva,“KADEM” Vəqfi Qəyyumlar Şurasının sədri Sümeyye Erdoğan Bayraktar,WDO-nun baş direktoru Afnan Al-Shuaibi, eləcə də Qazaxıstan,Bəhreyn və Özbəkistandan olan qadın innovatorlar və sahibkarlariştirak ediblər.

Açılış nitqi ilə çıxış edən WDO-nun baş direktoru AfnanAl-Shuaibi forum təşkilatçılarına təşəkkürünü bildirib. Qadınlarınbilikəsaslı cəmiyyətin formalaşmasında mühüm rol oynadığına diqqətçəkib: “Bu, inkişafın və tərəqqinin göstəricisidir. Bizim əsasmissiyamız qadınlara öz potensiallarını kəşf etməyə vəreallaşdırmağa imkan yaratmaqdır. Qadınlar həm sahibkar, həm dəmədəni innovator kimi cəmiyyətin inkişafına böyük töhfə verirlər.Biz qadınların irəliləməsi, öz işlərini tanıtması və yaradıcılayihələrini həyata keçirməsi üçün bütün imkanlarımızı səfərbəretməyə hazırıq”.

“KADEM” Vəqfi Qəyyumlar Şurasının sədri Sümeyye ErdoğanBayraktar qeyd edib ki, qadın yaradıcı sahələrə sonradan qatılanbir iştirakçı deyil, əslən bu sahənin köküdür, mahiyyətidir.“Qadının yaratdığı dəyərlər nəsildən-nəslə ötürülür. Azərbaycanınxalçaçılıq sənəti bunun ən gözəl nümunələrindəndir. Eyni şəkildəİznik və Kütahya çiniləri və digər sənət məktəbləri də qadınınyaradıcı ruhu, sənətkarlıq bacarığı və estetik zövqü iləformalaşıb. Türk motivləri və onların sənətdə təcəssümü qadınıntarix boyu bu sahələrdəki rolunu açıq şəkildə göstərir”, - deyəSümeyye Erdoğan Bayraktar əlavə edib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasınınİdarə Heyətinin sədri Səkinə Babayeva isə forumun qadınlarınyaradıcılıq sahəsindəki imkanlarını və gələcək perspektivlərinimüzakirə etmək üçün ideal platforma olduğunu deyib: “Bu istiqamətdəAzərbaycanda göstərilən dövlət dəstəyi olduqca əhəmiyyətlidir vətəqdir olunmalıdır. Forumun əsas məqsədi mövcud boşluqlarımüəyyənləşdirmək, həmçinin İƏT ölkələri arasında bu sahədəəməkdaşlığı daha da gücləndirməkdir”.

Forumun açılışından sonra Mövlanə Cəlaləddin Ruminin “Zamandairəsindən çıx – Sevgi dairəsinə daxil ol” kəlamı üzərində qurulankonseptual vizual kompozisiya nümayiş etdirilib. Layihəninillüstrativ hissəsi rəssam Leyla Əliyevanın əsərləri əsasındatəqdim edilib. Vizual konsepsiyanın müəllifi Əməkdar artist SəbinəŞıxlinskaya, musiqi tərtibatçısı isə Orxan Ağayevdir (DJPancho).

Qeyd edək ki, Qadınların Yaradıcı Forumu çərçivəsində “Yaradıcısənayelərdə qadınlar üçün beynəlxalq ticarət imkanlarınıngenişləndirilməsi”, “İnnovasiya, texnologiya və investisiyanınqadınların gücləndirilməsində rolu” və digər mövzular ətrafındafikir mübadiləsi aparılıb. Spikerlər qadınların rəhbərlik etdiyiyaradıcı bizneslərin dəstəklənməsi, beynəlxalq əməkdaşlığıngücləndirilməsi və innovasiyaların mədəni və iqtisaditransformasiyanı sürətləndirməkdəki rolu barədə danışıblar.Vurğulanıb ki, Qadınların Yaradıcı Forumu qadın liderliyininyaradıcı iqtisadiyyatda inkişafı, innovasiya və dayanıqlılığıntəşviqi, eləcə də beynəlxalq tərəfdaşlıqların genişləndirilməsiistiqamətində ortaq öhdəliyi bir daha təsdiqləyir.

İƏT
İƏT
İƏT
İƏT
İƏT
İƏT
İƏT
İƏT
İƏT
İƏT
İƏT
İƏT
İƏT
İƏT
İƏT
İƏT
İƏT
İƏT
Chosen
67
20
az.trend.az

10Sources