EN

"Süni intellekt biznesdə insan resurslarına yanaşmanı tam dəyişir" - Zaur Qədirov

Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində keçirilən Forumun II panelində “Financal Chain Corporation LLC” şirkətinin idarəedici tərəfdaşı Zaur Qədirov çıxış edib.

QHT.az xəbər verir ki, Zaur Qədirov çıxışında bildirib ki, texnologiyanın və xüsusilə süni intellektin sürətli inkişafı insan resurslarına olan yanaşmanı köklü şəkildə dəyişir. O qeyd edib ki, artıq bir çox sahələrdə işçi qüvvəsinin yerini texnoloji həllər tutur və bu proses gələcəkdə daha da sürətlənəcək:

"Süni intellektin imkanlarını real nümunə ilə izah edərək bildirib ki, süni intellektlə hazırlanmış bir musiqi cəmi iki həftə ərzində 10 milyard baxış toplayıb və bu uğur demək olar ki, heç bir insan resursu sərf olunmadan, yalnız bir nəfərin iştirakı ilə əldə edilib. Adi şəraitdə bu cür göstəricilərə illərlə vaxt tələb olunur. Biznes üçün əsas meyar texnologiyanın gətirdiyi faydadır və əgər bu yeniliklər şirkətlərin gəlirliliyini artırırsa, onlardan istifadə qaçılmazdır. Azərbaycanda da bu istiqamətdə müasir texnologiyaların tətbiqi və xarici əməkdaşlıqların qurulması artıq real prosesə çevrilib".

 

Pərvanə Fərhadqızı

Chosen
105
qht.az

1Sources