EN

Aİ-nin mövqeyi sülh prosesinə ziddir və etimadı zədələyir -Fazil Mustafa

Azərbaycan Xarici İşlər Nazirliyi Brüsseldə Avropa İttifaqı (Aİ) və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinin bir sıra müddəalarının post-münaqişə reallıqlarını təhrif etdiyini və sülh prosesinə zidd olduğunu bəyan edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, verilən müddəalar mahiyyət etibarilə böyük sülh sazişinin imzalanmasına maneə yaradır.

"Avropa İttifaqı isə bu məsələdə dərhal öz mövqeyini ortaya qoymalıdır. Çünki bu cür yanaşma hər şeydən əvvəl güvənsizlik və etimadsızlıq doğurur. Xüsusilə də Ermənistanla Azərbaycan arasında müəyyən dərəcədə irəliləyən etimad prosesinə ciddi ziyan vurur. Burada Avropa İttifaqı sanki tərəf kimi Ermənistanın maraqlarını qorumağa yönəlmiş mövqe sərgiləyir ki, bu da bizim üçün qəbuledilməzdir. Bu səbəbdən Xarici İşlər Nazirliyinin bəndlər üzrə konkret iradlarını ortaya qoyması tamamilə doğru addımdır. Düşünürəm ki, bundan sonra da bu istiqamətdə daha həssas olmalıyıq ki, belə beynəlxalq sənədlər gələcəkdə Azərbaycan üçün narahatlıq yarada biləcək addımlara səbəb olmasın. Bu müddəalar dərhal dəyişdirilməlidir. Əks halda, Avropa İttifaqı ilə münasibətlərdə səmimi əsaslardan danışmaq mümkün olmayacaq", - deyə millət vəkili yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Chosen
34
1
redaktor.az

2Sources