EN

"Gözlərimi içəridən kəsib əməliyyat etdilər"

Müğənni Kəmalə Qaramollayeva "Öz aramızda" verilişində göz nahiyəsində həyata keçirilən əməliyyatla bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, onun dedikləri studiyada böyük təəccüb doğurub.

Sənətçi bildirib ki, uzun müddət gözaltı torbalardan və göz təzyiqindən əziyyət çəkib, hətta gözünə qan sızması səbəbindən əməliyyat zəruri olub:

"Həkim dedi ki, 6 ay efirə çıxma. Əməliyyata ehtiyacım var idi, çünki gözaltı torbalarımın həcmi çox böyük idi və içəriyə doğru irəliləmişdi. Əməliyyatdan sonra həkim onu paketə qoyub göstərəndə açanda təəccübləndim ki, üzüm balacadır, bunlar hara sığıb?"

Kəmalə Qaramollayeva əməliyyatın çətin keçdiyini əlavə edib:

"Gözümün içindən əməliyyat olunmuşam, üç yerdən gözüm kəsilib. Mən -4 görürdüm, ağır əməliyyat sayılırdı. İzin qalmasın deyə gözün içindən əməliyyat etməyi məsləhət gördülər. İndi 6 aya tam bərpa olunacaq. Kəsilən sinir uclarının bərpası üçün dərman içirəm".

Müğənninin açıqlamaları həm studiya iştirakçıları, həm də izləyicilər tərəfindən maraqla qarşılanıb.

Musa
Milli.Az

Chosen
11
1
milli.az

2Sources