Braziliyanın sabiq prezidenti Yair Bolsonaronun oğlu senator Flavio Bolsonaro prezidentliyə namizədliyini irəli sürəcək.
APA “Reuters”ə istinadən xəbər verir ki, o bu barədə atasını həbsxanada ziyarət etdikdən sonra açıqlama verib və bildirib ki, onun 2026-cı ildə Braziliyada keçiriləcək prezident seçkilərində iştirak qərarı geridönüşü olmayan bir qərardır.
Qeyd edək ki, Yair Bolsonaro hakimiyyət çevrilişinə cəhd etmək ittihamı ilə 27 illik həbs cəzasına məhkum edilib.
O, 2022-ci ildə keçirilən prezident seçkilərində hazırkı prezident Lula da Silvaya uduzub.