EN

Naxçıvanın yeni hakimi kimdir? - DOSYE

Milli Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakimi təyin edilib.

Parlamentin sədri Sahibə Qafarova bu vəzifəyə Aida Əli qızı Hüseynin təyin olunmasına dair qərarı imzalayıb.

“Yeni Sabah” Naxçıvan MR Ali Məhkəməsinin yeni hakiminə dair maraqlı faktları təqdim edir:

Aida Əli qızı Hüseyn 1976-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Universitetinin Beynəlxalq hüquq bölməsindən, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq bölməsindən məzun olub.

1998-2002-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında laborant olub.

2002-2005-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında elmi işçi olub.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
99
3
yenisabah.az

10Sources