EN

“Slovakiya ilə dostluq Azərbaycanın regional iqtisadi rolunu gücləndirir”

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Slovakiya və Azərbaycanın strateji tərəfdaşlığı ticarət dövriyyəsinin artırılmasına şərait yaradır”Bunu iqtisadçı Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında deyib.O qeyd edib ki, Slovakiya Avropada tranzit və logistika baxımından mühüm mərkəzdir:“Azərbaycan məhsullarının Avropa bazarına çıxışını asanlaşdırır. Enerji sahəsində tərəfdaşlıq xüsusi önəm daşıyır. Azərbaycan neft və qaz ixracatçısı kimi Slovakiya və mərkəzi Avropa bazarlarına enerji tədarükünü diversifikasiya edə bilir. Bu, həm ölkənin iqtisadi sabitliyini gücləndirir, həm də Avropa tərəfi üçün enerji təhlükəsizliyini artırır. Sahibkarlıq və investisiya sahəsində əməkdaşlıq da genişlənir. Slovakiyalı şirkətlər Azərbaycanın infrastruktur, sənaye və turizm layihələrinə investisiya edə bilər. Azərbaycan şirkətləri Slovakiya bazarında fəaliyyət göstərə bilər, texnologiya və "know-how" transferi baş verir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq, xüsusilə də Bakı–Bratislava marşrutları və multimodal daşımalar vasitəsilə, regional ticarət imkanlarını genişləndirir. Turizm sektorunda isə birgə təşəbbüslər iki ölkənin iqtisadiyyatına əlavə gəlir gətirir. Slovakiya və Azərbaycan arasında turist axını artdıqca xidmət sahələri, otelçilik və ticarət sektoru dəstəklənir. Strateji tərəfdaşlıq iqtisadi diversifikasiya, yeni bazarlara çıxış və investisiya imkanlarının artmasını təmin edir. Bu əməkdaşlıq həm ölkələrin iqtisadi sabitliyini möhkəmləndirir, həm də regional inteqrasiyanı gücləndirir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
demokrat.az

1Sources